logo

Sinoptiklərdən xəbərdarlıq: İntensiv yağış yağacaq, dolu düşəcək, qar yağacaq

15:55 13-05-2022 | icon 1876
Sinoptiklərdən xəbərdarlıq: İntensiv yağış yağacaq, dolu düşəcək, qar yağacaq

Mayın 14-ü gün ərzində Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, arabir 18-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.