logo

Sabah paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanacaq

12:30 13-05-2022 | icon 1729
Sabah paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanacaq

Mayın 14-də saat 08:00-dan mayın 15-i saat 20:00-dək paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində(YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.