Azərbaycan bölgədə sülhün möhkəmləndirilməsi üçün səylərini davam etdirir
Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə çıxış edən nazir təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib. Eyni zamanda, MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkürünü ifadə edib.
Nazir MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Həmçinin bu il Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.
Ceyhun Bayramov iclasın gündəliyinə uyğun olaraq, MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd olunub.
Nazir, həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrlərinin və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb
Yaxın gələcəkdə Əliyev-Putin-Paşinyan görüşü keçirilə bilər
Sabah dumana görə bəzi yollarda görmə məsafəsi azalacaq
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir
Böyük Britaniya səfirliyi Azərbaycanın daxili işlərinə müdaxilə edir-DİN
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilir
Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq
Şəmkirdə Vergi Xidməti əməkdaşlarını döyənlər həbs edilib
Sabah Bakıda 24° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub
İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb
İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib