logo

Paytaxtda fəhlə tikilməkdə olan binadan 11-ci mərtəbəsində yıxılıb öldü

20:40 12-05-2022 | icon 1876
Paytaxtda fəhlə tikilməkdə olan binadan 11-ci mərtəbəsində yıxılıb öldü

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan ikinci mərtəbənin damına yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.