logo

Azərbaycanda ilk dəfə taekvondo üzrə dünya çempionatı keçiriləcək

20:10 12-05-2022 | icon 1435
Azərbaycanda ilk dəfə taekvondo üzrə dünya çempionatı keçiriləcək

Ölkəmizin paytaxtı 2023-cü ildə keçiriləcək taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

YeniAvropa xəbər verir ki, bununla bağlı qərar Dünya Taekvondo Federasiyasının (WTF) icraiyyə komitəsinin iclasında qəbul olunub.

Qeyd edilib ki, yarışın tarixi yaxın zamanlarda dəqiqləşəcək. Azərbaycanda ilk dəfə böyüklər arasında keçiriləcək bu mötəbər yarış WTF-nin 50 illik yubileyinə təsadüf edəcəyindən xüsusi önəm kəsb edəcək.