logo

Ağdam sakini təsərrüfatda çalışarkən minaya düşərək ölüb

17:49 12-05-2022 | icon 1701
Ağdam sakini təsərrüfatda çalışarkən minaya düşərək ölüb

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.