logo

Azərbaycan Avropaya 4 ayda 3,5 milyard m3 qaz göndərib

16:56 12-05-2022 | icon 2814
Azərbaycan Avropaya 4 ayda 3,5 milyard m3 qaz göndərib

Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.