logo

Prezident və baş nazir Finlandiyanın təcili olaraq NATO-ya üzvlüyünü istəyir

14:54 12-05-2022 | icon 931
Prezident və baş nazir Finlandiyanın təcili olaraq NATO-ya üzvlüyünü istəyir

Finlandiya təcili olaraq NATO-ya üzv olmalıdır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin tərəfindən birgə yayılan mətbuat açıqlamasında bildirilib.

Qeyd edilib ki, Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət təqdim etməlidir.

"NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya da müdafiə alyansının gücünə güc qata bilər. Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Ümid edirik ki, bu qərarın qəbulu üçün hələ də tələb olunan tədbirlər yaxın vaxtlarda dərhal həyata keçiriləcək" - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, mayın 14-də Finlandiyanın hakimiyyətdə olan Sosial Demokratlar partiyası NATO ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.