logo

SOCAR ilin əvvəlindən 2,6 milyon ton neft hasil edib

12:32 12-05-2022 | icon 4732
SOCAR ilin əvvəlindən 2,6 milyon ton neft hasil edib

Cari ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft(kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.