logo

“Azəri-Çıraq-Günəşli” yatağından 0,5 milyard tondan çox neft hasil edilib

11:55 12-05-2022 | icon 3717
“Azəri-Çıraq-Günəşli” yatağından 0,5 milyard tondan çox neft hasil edilib

“Azəri-Çıraq-Günəşli”(AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin mayın 1-dək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, AÇG-dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılaraq ixraca yönəldilib.