Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 71 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.