logo

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

21:11 11-05-2022 | icon 9226
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə  Ermənistanın baş naziri Nikol Paşinyan səfərdə olduğu Niderlandda,  Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı məlumat verib.

"Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz çox çətin yollardan keçmişik, amma bu gün məndə dərin əminlik var ki, düzgün yoldayıq”, - deyə Paşinyan bildirib.