logo

Sabah Bakının bir hissəsində qaz olmayacaq

18:32 11-05-2022 | icon 651
Sabah Bakının bir hissəsində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 millimetrlik “Hövsan-Digah-Qaradağ” yüksəktəzyiqli magistral qaz kəmərinin 5-ci kilometrdən ayrılan “Novxanı qolu” yüksəktəzyiqli magistral qaz kəmərində aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə mayın 12-də saat 9:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.Qeyd edilib ki, təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin günün birinci yarısında yekunlaşdırılması və qaz təchizatının bərpası planlaşdırılır.