logo

"Qarabağ" baş məşqçi Qurban Qurbanovla müqaviləni yeniləyib

17:57 11-05-2022 | icon 4067
"Qarabağ" baş məşqçi Qurban Qurbanovla müqaviləni yeniləyib

Ağdamın "Qarabağ" futbol klubu baş məşqçi Qurban Qurbanovla müqaviləni yeniləyib.

YeniAvropa  klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Q.Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Mütəxəssis bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Ağdam təmsilçisi ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.