logo

“Həyatı daha dolğun edirik!” – “Azercell”dən sosial layihə müsabiqəsi

18:58 11-05-2022 | icon 2828
“Həyatı daha dolğun edirik!” – “Azercell”dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan“Azercell Telekom” “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” təməl strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsabiqənin məqsədicəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də,ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Müsabiqəüç əsas istiqamət - təhsil, mədəniyyət və sağlamlıq sahəsinə dair layihələrin həyata keçirilməsini təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:

  • Təhsilin müasir texnoloji həllər vasitəsilə təkmilləşdirilməsinə dəstək;
  • Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir texnoloji həllər vasitəsilə dəstək;
  • Ekoloji, fiziki və mənəvicəhətdən sağlam cəmiyyətin inkişafına rəqəmsal həllərin təsirilədəstək.

Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinintexnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin daha geniş insan qruplarına fayda verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə dəxüsusi önəm veriləcək.

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələrAzercell şirkətində müvafiq sahədə çalışan peşəkarlar ilə yanaşı,ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdənibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Münsiflər heyəti təqdim olunacaq bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcək:

  • Layihənin dayanıqlılığı
  • Layihənin sosial təsiri
  • Layihə xərclərinin səmərəliliyi

Nəzərə çatdıraq ki, müsabiqədəyalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə qəbulu şərtləri ilə tanış olmaq və müsabiqəiştirakçısıkimi qeydiyyatdan keçmək üçün göstərilən link vasitəsilə Azercell-in rəsmi saytındakı müvafiq bölməyə keçid etmək olar:

https://bit.ly/sosial-layihe-az

Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu11.05.2022-ci il tarixindən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir.

“Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.