logo

Bakıda Avropa Şəhərciyi açılır

17:33 11-05-2022 | icon 567
Bakıda Avropa Şəhərciyi açılır

Mayın 14-də Bakıda Avropa Şəhərciyi açılacaq.

YeniAvropa xəbər verir ki, tədbir Dənizkanarı Milli Parkda keçiriləcək.

Açılış mərasimində dövlət rəsmiləri, Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri iştirak edəcəklər.

Əvvəlcə əyləncəli sərgi keçiriləcək, daha sonra axşam konserti təşkil ediləcək.