logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 248 min nəfərə çatır

17:11 11-05-2022 | icon 3283
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 248 min nəfərə çatır

Mayın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 558 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 466, ikinci doza vaksinlərin sayı - 525, üç və daha çox doza vaksinlərin sayı – 3 min 188, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 379-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 674 min 449, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 342 min 437, ikinci mərhələ üzrə 4 milyon 842 min 755, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 247 min 205, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 242 min 52-dir.