logo

Ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

14:54 11-05-2022 | icon 1386
Ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın “Mitsubishi” şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.