logo

Hərbi hissələrdə silah və hərbi texnika döyüş hazırlığına gətirilir

14:34 11-05-2022 | icon 1302
Hərbi hissələrdə silah və hərbi texnika döyüş hazırlığına gətirilir

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.