logo

Rusiya Daxili İşlər Nazirliyi Rövşən Əsgərov barəsində axtarış elan edib

13:13 11-05-2022 | icon 1428
Rusiya Daxili İşlər Nazirliyi Rövşən Əsgərov barəsində axtarış elan edib

Rusiya Daxili İşlər Nazirliyi(DİN) “Nə? Harada? Nə vaxt?” intellektual oyunun iştirakçısı Rövşən Əsgərov barəsində axtarış elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında elan yerləşdirilib. R.Əsgərovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirli bilinməsi və axtarışa verilməsi barədə saytda məlumat yoxdur.

Qeyd edək ki, aprel ayında Rusiya İstintaq Komitəsi Rövşən Əsgərovu “nasizmin reabilitasiyası”nda təqsirli bilərək ona qarşı cinayət işi açıb. Onun şəxsi "Facebook" səhifəsində marşal Georgi Jukov barəsində təhqiramiz və yalan sözlər yazdığı bildirilir.