logo

DSX-nin giziri yaşadığı mənzildə özünü asıb

12:32 11-05-2022 | icon 9429
DSX-nin giziri yaşadığı mənzildə özünü asıb

10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin(DSX)  hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq  ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma  davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.