logo

Ankarada yeraltı sərvətlərin istismarı sahəsində əməkdaşlıq müzakirə olunub

10:30 11-05-2022 | icon 1099
Ankarada yeraltı sərvətlərin istismarı sahəsində əməkdaşlıq müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başlıq etdikləri nümayəndə heyətləri Türkiyədə səfərdə olub.

YeniAvropa xəbər verir ki, Ankara şəhərində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarələrində keçirilən görüşlərdə iki qardaş ölkə arasında geoloji işlərin bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycanda “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu sahədə qardaş Türkiyə ilə əməkdaşlıq Azərbaycan üçün bütün mənalarda xüsusi əhəmiyyət kəsb edir.