logo

XIN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

19:48 10-05-2022 | icon 1561
XIN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

Mayın 10-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti(müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi mayın 27-dək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 günü ərzində açıqlanacaq.