logo

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

13:53 10-05-2022 | icon 1372
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək şeyxülislam A.Paşazadə şəhidlərimizi yad edəcək, Allahdan onlara rəhmət diləyəcək, ruhları üçün dualar edəcək.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının mayın 11-də Krallığın paytaxtı Ər-Riyadda “Dinlərin davamçılarının ortaq dəyərləri” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə olunacaq. İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsanın dəvət məktubunda bu sahədə “töhfələr verəcək şəxslərin öncüllərindən” kimi dəyərləndirdiyi QMİ sədri şeyxülislam A. Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səudiyyə Ərəbistanın Kralı, İki Müqəddəs Ocağın Xadimi Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhd - Məhəmməd bin Salmanın beynəlxalq konfrans iştirakçıları ilə görüşü nəzərdə tutulur.