logo

Daha 3 gün Ağdamdan partlayış səsləri eşidiləcək

13:33 10-05-2022 | icon 1582
Daha 3 gün Ağdamdan partlayış səsləri eşidiləcək

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyasını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 11-dən 14-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.