İlham Əliyev Səudiyyə Ərəbistanı baş prokurorunu qəbul edib
Prezident İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib, bu ölkənin “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirib.
Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlət başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirib.
Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş edib.
Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq deyib: “Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik”.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb
Yaxın gələcəkdə Əliyev-Putin-Paşinyan görüşü keçirilə bilər
Sabah dumana görə bəzi yollarda görmə məsafəsi azalacaq
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir
Böyük Britaniya səfirliyi Azərbaycanın daxili işlərinə müdaxilə edir-DİN
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilir
Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq
Şəmkirdə Vergi Xidməti əməkdaşlarını döyənlər həbs edilib
Sabah Bakıda 24° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub
İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb
İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib