logo

Qadın cüdoçularımız Avropa kubokunu 2 medalla başa vurub

18:30 08-05-2022 | icon 3094
Qadın cüdoçularımız Avropa kubokunu 2 medalla başa vurub

Azərbaycanın qadın cüdoçuları Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən açıq Avropa kuboku yarışını 2 bürünc medalla başa vurublar.

YeniAvropa xəbər verir ki, qitə turnirində komandamızın üzvləri Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusu iştirak edib. Avropa kuboku yarışına 27 ölkədən 230-dan çox cüdoçu qatılıb.

Xatırladaq ki, A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.