logo

Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxdu

16:36 08-05-2022 | icon 2835
Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 862 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 493, bu günə qədər isə ümumilikdə 6 milyon 834 min 816 test icra olunub.