logo

Sabah Bakıda arabir yağış yağacaq, şimal küləyi əsəcək,16° isti olacaq

13:13 08-05-2022 | icon 2821
Sabah Bakıda arabir yağış yağacaq, şimal küləyi əsəcək,16° isti olacaq

Azərbaycanda mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.