Faktiki hava: Şahdağda qar örtüyünün hündürlüyü 18 sm-ə çatıb
Mayın 8-i saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Şahdağda 18, Xınalıqda 3, Qrızda 2 santimetr olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 7-də saat 18:30-18:35 radələrində Naxçıvanda diametri 6 millimetr olan, Şahdağda saat 11:10-11:25, 12:50-13:00, 14:00-15:25 radələrində xırdadənəli dolu düşüb.
Düşən yağıntının miqdarı Balakəndə 71(aylıq normanın 57 faizi), Sarıbaşda(Qax) 44, Kişçayda(Şəki) 42(aylıq normanın 41 faizi), Oğuzda 42(aylıq normanın 40 faizi), Qəbələdə 29, Zaqatala, Şəkidə 25, Daşkəsən, Göygöldə 23, Qrızda 22, Ləzə məntəqəsində 20, Göyçayda 19, Qusarda 18(aylıq normanın 33 faizi), Naxçıvanda 18 (aylıq normanın 46 faizi), Kürdəmirdə 17(aylıq normanın 45 faizi), Bərdədə 15, Xınalıq, Mingəçevirdə 15(aylıq normanın 33 faizi), Şahdağda 14, Zərdabda 13 (aylıq normanın 33 faizi), Naftalanda 13, Qax, Ağdamda 12, Yevlaxda 11, Qubada 10, Lerik, Lənkəranda 7, Sabirabadda 6, Astara, Neftçalada 5, Şabran, Xaltanda 4, İmişli, Yardımlı, Beyləqan, Qobustan, Cəfərxan, Altıağacda 3, Biləsuvarda 2, Salyan, Şəmkir, Göytəpədə 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakıda 12 (aylıq normanın 61 faizi), Sumqayıtda 7 (aylıq normanın 38 faizi), Binədə 6, Maştağada 5, Pirallahıda 3, Ələtdə 2 millimetr olub.
Ötən gün ərzində yağışla əlaqədar əksər çaylarda sululuğun artımı müşahidə edilib. Mayın 8-də Kür çayının yuxarı axımında - Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 23, Qanıx çayının Cəlayir məntəqəsində 23, Qabırrı çayının Kəsəmən məntəqəsində 49, Araz çayının Qıvraq məntəqəsində 19, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 11, Gəncəçayın Zurnabad məntəqəsində 2, Kürəkçayın Toğana məntəqəsində 1, Şəmkirçayın Qalakənd məntəqəsində 3, Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində 6, Vəlvələçayın Təngəaltı məntəqəsində 3, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 11, Viləşçayın Şıxlar məntəqəsində 3, Kür çayının aşağı axımında Yevlax məntəqəsində 2, Zərdabda 9, Surrada 20, Şirvanda 16, Salyanda 25, Bankə məntəqəsində isə 8 santimetr artım qeydə alınıb.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda 20, Biləsuvarda 18, Sabirabadda 17, Göytəpə, Salyanda 16, Bakıda və Abşeron yarımadasında: Maştağada 33, Bakıda 30, Pirallahı, Çilov adası, Sumqayıtda 23, Neft Daşlarında 21, Binədə 18, Ələtdə 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.7 metrə çatıb. Mayın 8-i səhər saatlarından şimal-qərb küləyi 15-20 metr/saniyəyədək mülayimləşib.
Ölkə ərazisındə müşahidə olunan külək mayın 8-i gündüz saatlarından başlayaraq tədricən zəifləyəcək, qeyri-sabit, arabir yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonlarınadək davam edəcək.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub