Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer alıb.
Dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadimlərinin iştirak etdiyi mötəbər konfransda BƏƏ-nin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl-Nəhyan açılış nitqi ilə çıxış edib. Bildirib ki, İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı problemlər İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti anlamının bərpa olunmasını tələb edən imkan və çətinliklər işığında İslam vəhdəti ideyalarını zəruri edir. Əlavə edib ki, dövr bizdən bu qarşılıqlı fəaliyyət və əməkdaşlığın nümunəsinin yenilənməsini və mövcud təcrübənin geri qaytarılmasını tələb edir.
Daha sonra BƏƏ-nin Fətva Şurasının sədri Şeyx Abdalla bin Beyyəh çıxış edib.
Konfrans çərçivəsində şeyxülislam A.Paşazadə İslam Əməkdaşlığı Təşkilatının baş katibi Hüseyn İbrahim Taha, Türkiyə dəyanət işləri başkanı Ali Erbaş, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdül Salam, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə, Livan Xristian-müsəlman milli komitəsinin baş katibi, KAİCİİD Direktorla Şurasının üzvü Məhəmməd Sammak, Rusiya Federasiyası Kazan Universitetinin rektoru Rafiq Muxametşin və digər dini liderlərlə görüşlər keçirib.
Konfrans öz işinə davam edir. QMİ sədri şeyxülislam A.Paşazadə konfransın sabahkı - nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcək.
Səfər müddətində BƏƏ rəhbərliyi ilə görüşlər nəzərdə tutulur.
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib
Litva prezidenti Şəhidlər xiyabanını ziyarət edib