logo

Quba və Qusarın dağ kəndlərinə qar yağıb

10:20 08-05-2022 | icon 1449
Quba və Qusarın dağ kəndlərinə qar yağıb

Quba və Qusar rayonlarının dağlıq yaşayış məntəqələrinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, mayın 7-si şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.

Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.