logo

“Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib

19:58 07-05-2022 | icon 2219
“Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib

Ukraynanın Mariupol şəhərinin “Azovstal” ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, humanitar əməliyyatın bir hissəsi artıq başa çatıb.

"Prezidentin tapşırığı yerinə yetirildi. “Azovstal”da olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - deyə İ.Vereşçuk əlavə edib.

Qeyd edək ki, Ukrayna hərbçiləri “Azovstal” zavodunun ərazisində qalır.