logo

I rübdə “Şahdəniz”dən 6 milyard m3-dən artıq qaz çıxarılıb 

19:20 07-05-2022 | icon 2289
I rübdə “Şahdəniz”dən 6 milyard m3-dən artıq qaz çıxarılıb 

Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə(BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

“BP Azerbaijan” şirkətindən  YeniAvropa-ya bildirilib ki, ilin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.