logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 241 min nəfəri ötüb

18:48 07-05-2022 | icon 2898
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 241 min nəfəri ötüb

Mayın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 565 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 358, ikinci doza vaksinlərin sayı - 399, üç və daha çox doza vaksinlərin sayı – 2 min 507, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 301-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 666 min 575, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 671, ikinci mərhələ üzrə 4 milyon 841 min 925, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 241 min 601, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 378-dir.