logo

Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu

18:28 07-05-2022 | icon 1421
Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 849 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 841, bu günə qədər isə ümumilikdə 6 milyon 832 min 323 test icra olunub.