logo

Müdafiə Nazirliyi: Ordumuz tərəfindən Zod mədənində ermənilərə atəş açılmayıb

17:47 07-05-2022 | icon 1638
Müdafiə Nazirliyi: Ordumuz tərəfindən Zod mədənində ermənilərə atəş açılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində ordumuzun bölmələrinin guya erməni mülki işçilərə atəş açması barədə Ermənistan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

YeniAvropa xəbər verir ki,Müdafiə Nazirliyinin mətbuat xidmətinin bununla bağlı yaydığı açıqlamada qeyd edilib: “Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu xəbəri qəti surətdə təkzib edirik”.