logo

İran parlamentinin sədri Azərbaycana səfərə gəlir

17:15 07-05-2022 | icon 1771
İran parlamentinin sədri Azərbaycana səfərə gəlir

İran İslam Şurası Məclisinin(parlamentin) sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edəcək.

YeniAvropa  İran parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Məhəmməd Qalibaf İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının mayın 17-18-də Bakıda keçiriləcək 3-cü illik iclasında iştirak edəcək.

“Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasdan sonra İran parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.