Sabah Bakıda arabir yağış yağacaq,
bölgələrdə qar yağacaq,dolu düşəcək
Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 8-12°, gündüz 15-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-20° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 4-9° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 11-16° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 11-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 15-18° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-13°, gündüz 15-18° isti, dağlarda gecə 8-10°, gündüz 11-13° isti olacağı gözlənilir.
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Litva prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 344 min nəfəri ötür
Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxub
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər
Azərbaycanda əhalinin sayı 10 milyon 167 min nəfəri ötüb
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb
Yaxın gələcəkdə Əliyev-Putin-Paşinyan görüşü keçirilə bilər
Sabah dumana görə bəzi yollarda görmə məsafəsi azalacaq
Peskov: “Rusiyanın mövcudluğu Qərbi qıcıqlandırır”
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir
Böyük Britaniya səfirliyi Azərbaycanın daxili işlərinə müdaxilə edir-DİN
Bakıda İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilir
Siyasi dialoq: Ədalət Vəliyev ANAP sədri ilə görüşüb
Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verdi
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq
Şəmkirdə Vergi Xidməti əməkdaşlarını döyənlər həbs edilib
Sabah Bakıda 24° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Fərid Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin olunub
İlham Əliyev İsrailin kənd təsərrüfatı nazirini qəbul edib
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb
İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib