logo

İtaliyada Avropa Şurası üzv ölkələrin XİN başçılarının görüşü keçiriləcək

14:12 07-05-2022 | icon 1694
İtaliyada Avropa Şurası üzv ölkələrin XİN başçılarının görüşü keçiriləcək

İtaliyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində mayın 20-də Turin şəhərində şuraya üzv olan 46 ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki,bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Avropa Şurası Nazirlər Komitəsinin Turində keçiriləcək sessiyası çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin və İrlandiyanın xarici işlər naziri Saymon Koveninin birgə mətbuat konfransı nəzərdə tutulub.