logo

Lənkəranda gənclərin mübahisəsi ölümlə nəticələndi

13:53 07-05-2022 | icon 1638
Lənkəranda gənclərin mübahisəsi ölümlə nəticələndi

Mayın 6-sı saat 12 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirməsi nəticəsində onun aldığı xəsarətdən aparıldığı xəstəxanada öldüyü müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.