logo

Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

12:12 07-05-2022 | icon 1512
Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfərdə məqsəd Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə mayın 8-9-da paytaxt Əbu-Dabi şəhərində “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.

Konfransın mövzuları İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı, İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların XX əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti ideyalarının yeni səviyyəyə yüksəldilməsini əhatə edir.

QMİ sədri mötəbər beynəlxalq konfransın “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzusunda plenar iclasında çıxış edəcək.

Səfər çərçivəsində şeyxülislamın BƏƏ rəhbərliyi və konfransın tanınmış, nüfuzlu iştirakçıları ilə görüşləri də nəzərdə tutulur.