logo

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

18:30 06-05-2022 | icon 567
Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən YeniAvropa-ya bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiyanın paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.