logo

Prezident TV yayımı üçün dövlət rüsumunu 10 dəfə azaltdı

17:31 06-05-2022 | icon 1841
Prezident TV yayımı üçün dövlət rüsumunu 10 dəfə azaltdı

Azərbaycanda audiovizual media üçün dövlət rüsumu azaldılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib.

       22.0.39. Audiovizual media fəaliyyəti:

 

22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı

5 000 manat

22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı

2 500 manat

22.0.39.3. regional yerüstü televiziya yayımçısı

1 500 manat

22.0.39.4. regional yerüstü radio yayımçısı

500 manat

22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı

2 500 manat

22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı

1 500 manat

22.0.39.7. sifarişli yayım xidməti provayderi

500 manat

22.0.39.8. sadə platforma operatoru

1 500 manat

22.0.39.9. universal platforma operatoru

2 500 manat

22.0.39.10. multipleks operatoru

2 500 manat