logo

Romada AŞ PA komitəsinin iclası keçiriləcək

17:11 06-05-2022 | icon 1729
Romada AŞ PA komitəsinin iclası keçiriləcək

Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının(AS PA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, Rafael Hüseynov mayın 7-dən 13-dək İtaliyanın paytaxtı Roma şəhərində səfərdə olacaq.

İclasda mədəniyyətlərarası dialoqun inkişafı, mədəni irsin qorunması, iqlim dəyişikliyi, media və informasiya sahəsində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparılacaq.