logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 341 min nəfəri ötür

16:56 06-05-2022 | icon 2842
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 341 min nəfəri ötür

Mayın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 242 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 445, ikinci doza vaksinlərin sayı - 391, üç və daha çox doza vaksinlərin sayı – 3 min 62, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 344-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 663 min 10, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 313, ikinci mərhələ üzrə 4 milyon 841 min 526, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 239 min 94, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 77-dir.