logo

Avropa İttifaqı 3 ayda Ukraynaya 4 milyard avro yardım edib

14:12 06-05-2022 | icon 2394
Avropa İttifaqı 3 ayda Ukraynaya 4 milyard avro yardım edib

Avropa İttifaqı son on həftə ərzində Ukraynaya dəstək üçün 4 milyard avroluq yardım təqdim edib.

YeniAvropa xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi vahid Avropanın gələcəyinə həsr olunan konqresdə çıxışı zamanı deyib.

Ukraynada çox şeyin risk altında olduğunu deyən siyasətçi bunun Avropa İttifaqının iqtisadiyyatı üçün stress testindən daha çətin olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya hərbi və humanitar yardımın da arası kəsilmir.