logo

Sabah Bakıda güclü külək əsəcək,

arabir yağış yağacaq, 17° isti olacaq

13:13 06-05-2022 | icon 1540
Sabah Bakıda güclü külək əsəcək,
arabir yağış yağacaq, 17° isti olacaq

Azərbaycanda mayın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14°, gündüz 15-17° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 5-9° isti olacağı bildirilir.