logo

SOCAR dənizdəki işçilərini təxliyyə etdi

12:13 06-05-2022 | icon 10262
SOCAR dənizdəki işçilərini təxliyyə etdi

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən YeniAvropa-ya bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib. Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.