logo

İrəvanda keçirilən etiraz aksiyasında 1 nəfər ölüb, 180 nəfər saxlanılıb

17:10 05-05-2022 | icon 1211
İrəvanda keçirilən etiraz aksiyasında 1 nəfər ölüb, 180 nəfər saxlanılıb

Ermənistanda kütləvi etiraz aksiyası davam edir. Mayın 5-də səhər saatlarından yenidən başlayan aksiyada iştirakçılar ilə polis arasında qarşıdurma yaşanıb. Polis 180 nəfər aksiya iştirakçısını saxlayıb.

YeniAvropa Ermənistan mətbuatına istinadla xəbər verir ki, aksiya iştirakçılarından biri ölüb.

Paytaxtdakı Fransa meydanında qurulmuş çadırda gecələyən həmin şəxsin ürəktutmasından öldüyü iddia olunur. Aksiya iştirakçıları Sevan-İrəvan, Vanadzor-İrəvan, Gümrü-Orəvan və Gorus-İrəvan magistral yollarını bağlayıblar.